|
"Rabitə Təchizat Müəssisəsi"
Məhdud Məsuliyyətli Cəmiyyətin ("RTM"
MMC) əsas fəaliyyəti Rabitə Nazirliyinin birlik
və müəssisələrini və digər fiziki və
hüquqi şəxsləri sifarişləri əsasında tələb
olunan müxtəlif mal-material və avadanlıqla təchizatı
yönündə bazarın öyrənilməsi üçün araşdırma işlərinin
aparılması, müqavilələrin bağlanması, alınmış mal-materialların
gömrük qeydiyyatından keçirilməsi, ümumiyyətlə, mal-material
və avadanlıqların gətirilməsindən ibarətdir.
Burada həmçinin tələbat olunan avadanlığın lazım olan
müddət ərzində və sərfəli qiymətlərlə
tapılması vacib şərtlərdən biridir.
Bütün bu işləri operativ yerinə yetirə bilməsi üçün
"RTM"MMC mal göndərən təşkilatlarla sıx əlaqə
saxlayır və yazışma işlərini həyata keçirir.
|
|
 |